80 milyon – Məşhur klubun yay transfer büdcəsi

10 İyun 2022 00:00 Fransa 531
80 milyon – Məşhur klubun yay transfer büdcəsi

PSJ rəhbərliyi yayda ediləcək transferlər üçün büdcəni müəyyənləşdirib.

Sportinfo.az xəbər verir ki, Paris klubu futbolçuların keçidi üçün 80 milyon avro xərcləməyi düşünür.

Lakin futbolçulardan biri satılarsa, o zaman transfer büdcəsi artırıla bilər. Klub artıq müəyyənləşən məbləğin 35 milyonunu "Sportinq"dən Nuno Mendeşi birdəfəlik almaqla xərcləyib.

19 yaşlı müdafiəçi PSJ-də icarə əsasında çıxış edirdi. Portuqaliyalı oyunçu mövsüm bitdikdən sonra klubla 4 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti