Ölkə prezidenti məşhur hücumçuya nə məsləhət gördü?

4 İyun 2022 10:20 Fransa 638
Ölkə prezidenti məşhur hücumçuya nə məsləhət gördü?

Fransa prezidenti Emmanuel Makron Kilian Mbappenin PSJ ilə müqaviləsini uzatmasından danışıb.

Sportinfo.az xəbər verir ki, ölkə prezidenti, Mbappeye Fransada qalmağı məsləhət gördüyünü deyib:

“Sizi inandırıram, mən belə işlərə qarışmıram. Mən də hər bir vətəndaş kimi futbola gələndə yaxşı oyun görmək və sevimli komandam “Marsel”i dəstəkləmək istəyirəm.

Bəli, doğrudan da, mən Mbappe ilə danışdım, lakin ona yalnız Fransada qalmağı məsləhət görmüşəm”.

23 yaşlı Mbappe may ayında PSJ ilə yeni – üç illik müqavilə imzalayıb. Bundan əvvəl Fransanın sabiq prezidenti Nikola Sarkozinin də hücumçuya PSJ ilə yeni müqavilə imzalamağı məsləhət gördüyü haqda məlumat yayılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti