Messi yaşadığı bu problemi ilk dəfə dilə gətirdi: "İSTƏMİRDİM"

31 May 2022 18:40 Fransa 640
Messi yaşadığı bu problemi ilk dəfə dilə gətirdi:

PSJ-nin hücumçusu Lionel Messi koronavirusdan necə əziyyət çəkdiyi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı argentinalı ulduz xəstəliyin onda ciddi fəsadlar törətdiyini deyib:

“Koronavirus məni həqiqətən də çox vurdu. Temperatur, öskürək, boğaz ağrısı. Koronavirus məndə fəsadlar yaratdı, ciyərlərim zədələndi.

Ağciyərim zədələndiyindən ay yarım qaçıb məşq edə bilmədim. Qorxmadım, amma bununla bağlı o qədər hekayələr var idi ki, heç nəyə başlamaq belə, istəmirdim. Mən lazım olduğundan daha tez qayıtdım və vəziyyəti daha da pisləşdirdim”.

Argentinalı hücumçu ötən mövsüm PSJ-də 34 oyunda 11 qol vurub və 14 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti