MESSİ: "Artıq paltardəyişmə otağında özümü rahat hiss edirəm"

31 May 2022 10:20 Fransa 550
MESSİ: "Artıq paltardəyişmə otağında özümü rahat hiss edirəm"

PSJ-nin argentinalı hücumçusu Lionel Messi açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı futbolçu növbəti mövsümün fərqli olacağını bildirib:

"Növbəti mövsüm çox fərqli olacaq. İndidən hazırlaşmağa başlamışam. Klubu və şəhəri tanıyıram.

Artıq paltardəyişmə otağında özümü rahat hiss edirəm. Bu mövsümün fərqli olacağını bilirəm".

Lionel Messi 2021/2022 mövsümündə PSJ-nin heyətində meydana çıxdığı 34 matçda 11 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti