Komanda aşağı liqaya düşdü, futbolçulara məşəllə hücum etdilər – VİDEO+FOTOLAR

31 May 2022 02:20 Fransa 697
Komanda aşağı liqaya düşdü, futbolçulara məşəllə hücum etdilər – VİDEO+FOTOLAR

Fransa Liqa 1-də iştirak hüququ uğrunda pley-off mərhələsinin "Sent-Etyen" - "Oser" matçında sonra kütləvi iğtişaş baş verib.

Sportinfo.az xəbər verir ki, penalitlər seriyasında uduzaraq 18 ildən sonra ilk dəfə elitanı tərk edən "Sent-Etyen"in fanatları bunu həzm edə bilməyiblər.

Həlledici penalti zərbəsindən dərhal sonra "yaşıllar"ın azarkeşləri meydana axışıb.

Onlar məşqçi və oyunçulara yanan məşəllər, alışqanlar və başqa əşyalar atıblar. Bəzi fanatlar tribunadakı oturacaqları yandırıblar.

Futbolçular çətinliklə paltardəyişmə otağına qaça biliblər. Futbolçu və məşqçilər arasında xəsarət alanların olduğu bildirilir.

















Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda