Zidan PSJ-nin baş məşqçisi olmaqdan niyə imtina etdi?

30 May 2022 01:40 Fransa 894
Zidan PSJ-nin baş məşqçisi olmaqdan niyə imtina etdi?

"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan PSJ-də işləmək istəmir.

Sportinfo.az xəbər verir ki, mütəxəssislə danışıqları şəxsən Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani aparıb.

Lakin Zidan klubun təqdim etdiyi layihəni bəyənmədiyi üçün təklifdən imtina edib.

Fransalı baş məşqçi son olaraq "Real"da iş başında olub. Zidan Madrid təmsilçisindən ayrıldıqdan sonra heç bir komandanı çalışdırmayıb.

PSJ-ni hazırda Maurisio Poçettino çalışdırır. Onun parislilərlə müqaviləsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti