PSJ Rafael üçün 70 milyon avro ödəməyə hazırdır

21 May 2022 10:00 Fransa 720
PSJ Rafael üçün 70 milyon avro ödəməyə hazırdır

“Milan”ın hücumçusu Rafael Leao karyerasını Fransa Liqa 1-də davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, PSJ 22 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Paris klubu portuqaliyalı hücumçu üçün 70 milyon avro ödəməyə hazırdır. “Milan” isə Leaonun satışından 100 milyon avro qazanmaq istəyir.

Bundan başqa, İtaliya klubu portuqaliyalıya daha yaxşı şərtlərlə yeni müqavilə təklif etməyə də hazırdır.

2019-cu ilin avqust ayından “Milan”da çıxış edən Leao komandaya 29,5 milyon avroya “Lill”dən transfer olunub. Onun klubla müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”