Bir futbolçuya ildə 50 milyon avro maaş vermək olar?

16 May 2022 00:20 Fransa 635
Bir futbolçuya ildə 50 milyon avro maaş vermək olar?

PSJ mövsümün sonunda müqaviləsi bitən Kilian Mbappeni komandada saxlamağın yollarını axtarır.

Sportinfo.az xəbər verir ki, Paris təmsilçisi 23 yaşlı hücumçunun qalması üçün ona yüksək məbləğdə maaş ödəməyə hazırdı.

Liqa 1 klubu Fransa millisinin üzvünə yeni müqavilə imzalaması üçün illik 50 milyon avro maaş təklif edib. Mbappe bu təklifi qəbul etsə, komandada ən çox maaş alan futbolçu olacaq.

Kilian Mbappe cari mövsümdə PSJ-nin heyətində meydana çıxdığı 41 oyunda 33 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti