Mbappe razılaşdı, PSJ-də qalır – Fantastik məvacib alacaq

6 May 2022 22:00 Fransa 769
Mbappe razılaşdı, PSJ-də qalır – Fantastik məvacib alacaq

PSJ-in hücumçusu Kilian Mbappe klubu ilə müqavilənin uzadılmasına prinsipial razılıq verib.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı “Le Parisien” yayıb.

Məlumata görə, müqaviləyə əsasən Mbappenin maaşı ildə 50 milyon avro olacaq.

Bundan əlavə, Kilian imza bonusu olaraq 100 milyon avro alacaq. Hücumçunun parislilərlə müqaviləsi sonradan daha 1 il uzadıla bilməklə, 2 il nəzərdə tutulacaq.

Bir müddət əvvəl isə məlumat yayılmışdı ki, Kilianın ailəsi “Real”la danışıqlar aparmaq üçün Madridə gedib. Onun müqaviləsi mövsümün sonunda başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti