Satılacaq oyunçuların siyahısına saldılar – Neymarı

28 Aprel 2022 22:00 Fransa 699
Satılacaq oyunçuların siyahısına saldılar – Neymarı

PSJ braziliyalı hücumçusu Neymarı satmaq niyyətindədir.

Sportinfo.az xəbər verir ki, Paris klubu artıq Neymarı transfer siyahısına salıb.

Amma PSJ rəhbərliyi onu 90 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil.

Klub rəhbərliyi yeni mövsümün startına qədər komandada böyük islahatlar aparmağı planlaşdırır. Amma o da bildirilir ki, Neymar klubdan getmək istəmir.

Bir müddət əvvəl braziliyalı hücumçu bildirmişdi ki, daha 3 il PSJ-də oynamaq niyyətindədir.

Mətbuatda yayılan məlumata görə, PSJ rəhbərliyi Neymarı satıb komandanı Messinin ətrafında formalaşdırmaq istəyir.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!