PSJ-dən ayrılır – Amma “Yuve” ilə də dil tapa bilmir

27 Aprel 2022 10:00 Fransa 786
PSJ-dən ayrılır – Amma “Yuve” ilə də dil tapa bilmir

Anxel Di Mariyanın yayda PSJ-dən ayrılacağı dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, argentinalı yarımmüdafiəçinin müqaviləsi mövsümün sonunda başa çatır.

Amma Paris nəhəngi onunla yeni müqavilə bağlamaq istəməyib.

Di Mariya ilə “Yuventus” maraqlanır. Ancaq tərəflər arasında razılıq əldə olunmayıb. Turin klubu 1+1 illik müqavilə təklif edir.

Argentinalı isə 3 illik müqavilə tələb edir. Tərəflər arasında danışıq davam edir.

Liqa 1-in cari mövsümündə 34 yaşlı Anxel Di Mariya parislilərin heyətində 22 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"