"Səhvlər etdim, amma burada işləməyə davam etmək istəyirəm”

25 Aprel 2022 12:00 Fransa 500
"Səhvlər etdim, amma burada işləməyə davam etmək istəyirəm”

PSJ-nin idman direktoru Leonardo Paris klubundakı gələcəyi ilə bağlı fikirlərini açıqlayıb.

PSJ-nin Çempionlar Liqasında mübarizəni dayandırmasından sonra braziliyalı funksionerin yayda postunu tərk edə biləcəyi bildirilirdi.

Sportinfo.az xəbər verir ki, Leonardo klubdakı işinə davam etmək istədiyini deyib:

“PSJ-nin idman direktoru kimi işimə davam etmək istəyirəm. Planlarım dəyişməyib. Düşünürəm ki, səhvlər etdim, amma burada işləməyə davam etmək istəyirəm”.

Aprelin 23-də PSJ 10-cu dəfə vaxtından əvvəl Fransa çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti