Rəhbərliyə narazılığını çatdırdı: “Vəziyyət dəyişməlidir”

21 Aprel 2022 15:40 Fransa 593
Rəhbərliyə narazılığını çatdırdı: “Vəziyyət dəyişməlidir”

PSJ-in kosta-rikalı qapıçısı Keylor Navas durumundan narazıdır.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı qapıçı az oynamasını qəbul etmir.

O, durumun dəyişməsini istəyir və bu barədə rəhbərliyi xəbərdar edib. Bu barədə Navas özü məlumat verib:

“Parisdə xoşbəxtəm, Donnarumma ilə yaxşı münasibətim var, amma meydanda çox olmaq istəyirəm. Ona görə də bu mövsümün təkrarlanmasını istəmirəm. Vəziyyət dəyişməlidir”.

Keylor Navas bu mövsüm PSJ-nin heyətində bütün yarışlarda 23 oyuna çıxıb, onlardan 9-da qapısını toxunulmaz saxlayıb, digər qarşılaşmalarda isə 21 qol buraxıb.

Onun Fransa klubu ilə müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
14 İyul 18:10 Çək və bizə göndər!
14 İyul 03:40 Avropa çempionu Bakıda