PSJ "Marsel"i uddu, çempionluq qapısını açdı - VİDEO

18 Aprel 2022 01:40 Fransa 626
PSJ "Marsel"i uddu, çempionluq qapısını açdı - VİDEO

Fransa Liqa 1-də XXXII turun mərkəzi görüşü PSJ və "Marsel" komandaları arasında keçirilib.

Sportinfo.az xəbər verir ki, Parisdəki "Park de Prens" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Qalib komandadan qolları Neymar 12-ci, Kilian Mbappe 45+4-cü dəqiqədə vurub. Qonaqlardan isə 31-ci dəqiqədə Duye Çaleta-Çar fərqlənib.

Bununla da xalını 74-ə çatdıran PSJ ən yaxın izləyicisi "Marsel"i 15 xal geridə qoyaraq, sona 6 tur qalmış çempionluğa xeyli yaxınlaşıb.

Paytaxt komandasını qızıl medaldan cəmi 1 qələbə ayırır.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!