İspaniyalı ulduz futboldan doymayıb, 40 yaşına qədər oynamaq istəyir

16 Aprel 2022 18:40 Fransa 1 015
İspaniyalı ulduz futboldan doymayıb, 40 yaşına qədər oynamaq istəyir

Serxio Ramos 40 yaşına qədər futboldan uzaqlaşmayacaq.

Sportinfo.az xəbər verir ki, PSJ-nin müdafiəçisi 40 yaşına qədər yüksək səviyyədə oynamaq istədiyini deyib:

“Daha 4-5 il yüksək səviyyədə oynamaq, sonra yeni təcrübə qazanmaq istəyirəm.

Çalışacam ki, PSJ-dəki iki ili üç ilə çevirim və bundan sonra nə olacağını görəcəyik.

Fiziki hazırlığım imkan verdikcə, fikrimi karyeramı davam etdirməyə cəmləyəcəm”.

36 yaşlı Ramos 2021-ci ildən PSJ-də çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti