Prezident seçkilərində Kərimə səs verildi – FOTO

12 Aprel 2022 15:20 Fransa 2 993
Prezident seçkilərində Kərimə səs verildi – FOTO

Fransada prezident seçkiləri keçirilib.

Sportinfo.az xəbər verir ki, seçicilərdən biri namizədlərdən heç birini bəyənmədiyi üçün səsini “Real”ın hücumçusu Kərim Benzemya verib.

Təbii ki, Kərim prezidentliyə namizəd olmadığı üçün həmin bülleten etibarsız sayılıb.

Fransada prezident seçkiləri aprelin 10-da olub. Amma ilk turda qalib müəyyənləşməyib.

İkinci tur aprelin 24-də olacaq. İkinci turda hazırkı prezident Emmanuel Makron və Marin Le Pen mübarizə aparacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti