Zidan gəlsə, Mbappe qala bilər - PSJ-də belə hesab edirlər

9 Aprel 2022 15:20 Fransa 658
Zidan gəlsə, Mbappe qala bilər - PSJ-də belə hesab edirlər

Zinəddin Zidan hələ də PSJ-in baş məşqçi postuna bir nömrəli namizəddir.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Fabris Hokins yayıb.

Mənbənin məlumatına görə, Paris klubunun rəhbərliyi əmindir ki, Zidanın gəlişi Kilian Mbappenin komandada qalması üçün stimul ola bilər.

Paris klubunun 49 yaşlı Zidanla danışıqları davam etdirdiyi də bildirilir.

Daha əvvəl yayılan məlumatda bildirilirdi ki, "Real” 23 yaşlı hücumçunun növbəti mövsümdən komandada çıxış edəcəyinə əmindir.

Eyni zamanda, Mbappenin ətrafı etiraf edir ki, onun xidmətində təkcə İspaniya klubu maraqlı deyil.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti