“Səsini kəs, işini gör, pulunu qazan” – Bu sözü ona deyirlər

5 Aprel 2022 18:40 Fransa 892
“Səsini kəs, işini gör, pulunu qazan” – Bu sözü ona deyirlər

PSJ-in sabiq yarımmüdafiəçisi Jerom Roten Serxio Ramos haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Roten Ramosu iş görməkdən çox, danışmaqda ittiham edib:

“Ramos oyundan əvvəl deyir ki, gələn mövsüm də klubda qalmaq istəyir. Onun qalmaq istəməsi təəccüblü deyil, ayda 1 milyon avrodan çox qazanır.

Qoy qazansın, amma səsini də kəssin. Klubda qal, müqavilə bağla və meydanda öz işini gör”.

Xatırladaq ki, Fransa çempionatının 30-cu turunda PSJ "Loryan"i 5:1 hesabı ilə məğlub edib.

Ramos yanvarın 23-dən bəri ilk dəfə meydana çıxıb. Azarkeşlərin əksəriyyəti ispan müdafiəçini dəfələrlə fitə basıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti