“Winamax” bukmeker kontoru PSJ-in hücumçusu Kilian Mbappenin atası ilə bağlı zarafat edib.
Sportinfo.az xəbər verir ki, kontorun bu zarafatı futbolçunu əsəbiləşdirib.
Bukmeker kontoru sosial şəbəkələrin birində qol vurulmasına sevinən, yarıçılpaq şəkildə ombasını göstərən azarkeşin şəklini paylaşıb. Qeyd ediblər ki, bu azarkeş Mbappenin atasıdır.
“Vilfrid Mbappe oğlunun Cənubi Afrikaya vurduğu qoldan sonra”, - şirkətin mətbuat xidməti yazıb.
Kilian “Winamax”ın zarafatını bəyənməyib və belə cavab verib: “Onlayn qumar təhlükəsi. Heç bir sərhəd yoxdur. Xahiş edirəm ki, hörmət göstərəsiniz”.
Fransa - Cənubi Afrika arasında keçirilən yoldaşlıq oyunu Didye Deşamın komandasının 5:0 hesablı qələbəsi ilə başa çatıb. Mbappe dubla imza atıb.

