“Ona yazığım gəlir, bir qədər məyusam - Problem komandanın özüylə bağlıdır“

21 Mart 2022 14:00 Fransa 938
“Ona yazığım gəlir, bir qədər məyusam - Problem komandanın özüylə bağlıdır“

PSJ-nin keçmiş futbolçusu Serj Orye komandanın baş məşqçisi Maurisio Poçettino haqda açıqlama verib.

Sportinfo.az xəbər verir ki, hazırda “Vilyarreal”da çıxış edən müdafiəçi Poçettinoya yazığı gəldiyini deyib:

“Ona yazığım gəlir. Mən Poçettino sayəsində çox şey öyrəndim. Onun PSJ-də işlərinin yaxşı getməməsinə görə bir qədər məyusam.

Düşünmürəm ki, problem təkcə Poçettinodadır. Məncə, bu, komandanın özüylə bağlıdır.

Poçettino çox gözəl keyfiyyətlərə malikdir. Ümid edirəm ki, o, mövsümün sonuna qədər komandada qalacaq.

Mən Poçettinonu tanıyıram, onun həmişə çox yaxşı oyun planı olur. Axı biz onunla Çempionlar Liqasının finalına çıxmışdıq”.

Orye Poçettinonun rəhbərliyi altında “Tottenhem”lə Çempionlar Liqasının finalında oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti