"Həmin vaxt elə hesab etdilər ki, mən ağlımı itirmişəm"

18 Mart 2022 15:40 Fransa 661
"Həmin vaxt elə hesab etdilər ki, mən ağlımı itirmişəm"

"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger PSJ-nin hücumçusu Kilian Mbappe haqqında fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, Venger Kilianı Erlinq Holandla da müqayisə edib.

O, fransız futbolçunun üstün cəhətlərini vurğulayıb:

“Mbappeni ilk dəfə görəndə Fransa televiziyasında dedim: “Onda Peleyə aid nəsə var”. Həmin vaxt elə hesab etdilər ki, ağlımı itirmişəm.

Amma sonradan Mbappe o səviyyəyə yüksəldi. Texniki cəhətdən o, Erlinq Holandı bir qədər qabaqlayır. Onun təkcə sürəti yox, təxəyyülü də var.

Kilian zəkaya, yaxşı texniki keyfiyyətlərə, oyunu cəld təhlil edə bilmək qabiliyyətinə malikdir. O, həm də azad ruhludur, müstəsnadır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti