PSJ “Barsa”ya Neymarı heyətinə qatmağı təklif edib?

16 Mart 2022 12:20 Fransa 698
PSJ “Barsa”ya Neymarı heyətinə qatmağı təklif edib?

Sportinfo.az xəbər verir ki, PSJ “Barselona”ya Neymarı transfer etməyi təklif edib.

Hücumçu artıq toxunulmaz hesab edilmir və PSJ bir neçə aydır ki, braziliyalı üçün yeni klub axtarır.

Son həftələrdə parislilər onu bir neçə Avropa komandasına, o cümlədən “Barselona”ya təklif ediblər.

30 yaşlı hücumçunun və “Barsa”nın belə bir transfer perspektivinə necə münasibət bəslədiyi hələ məlum deyil.

Bu mövsüm futbolçu PSJ-nin heyətində bütün turnirlərdə 20 oyuna çıxıb, 5 qol vurub və 5 məhsuldar ötürmə edib. O, noyabrda aldığı zədə səbəbindən mövsümün çox hissəsini buraxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti