"Real” hücumçusu Kərim Benzema tarixi uğura imza atıb.
Sportinfo.az xəbər verir ki, o, fransız futbolçular arasında bütün zamanların ən yaxşı bombardiri olub.
Kərim bu nəticəni İspaniya çempionatının 28-ci turunda “Malyorka” ilə keçirilən oyunda əldə edib.
Benzema “Real”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşan oyunda dubl edib. Bununla da o, karyerası ərzində vurduğu qolların sayını 413-ə çatdırıb.
İkinci pillədə isə 411 qolla karyerasını başa vurmuş Tyerri Anridir.

