PSJ fanatları klub idarəçilərinin strategiyasından narazıdırlar.
Sportinfo.az xəbər verir ki, azarkeşlər narazılıqlarını müxtəlif vasitələrlə büruzə verirlər.
Martın 14-də klubun bazasında, eləcə də Paris, Bulon və Sen-Jermendəki ofislərin divarlarında klub rəhbərlərinə ünvanlanan çoxlu sayda qraffitilər peyda olub.
Hədəf isə idman direktoru Leonardo və prezident Nasser Əl-Xəlaifi olub.
Divarlarda qeyd olunub: “Leonardo, rədd ol”, “Bu layihəyə görə qürurunuz hanı?”, “Biz sizə görə utanırıq”.
Yazılar tez bir zamanda divarlardan silinib.

