Parisdə fitə basılan Neymar İspaniyaya niyə getdi?

15 Mart 2022 12:20 Fransa 930
Parisdə fitə basılan Neymar İspaniyaya niyə getdi?

PSJ-nin hücumçusu Neymar azarkeşlərin tənqidindən narazı qalıb.

Liqa 1-in son turunda keçirilən “Bordo” ilə matçda (3:0) PSJ azarkeşləri Lionel Messi və Neymar hər dəfə topa sahib olanda fit çalıblar.

Bundan başqa, onların ünvanına təhqiramiz ifadələr də səsləndirilib. Neymarın matçda bir qol vurması belə, fanatların hirsini soyutmayıb.

Sportinfo.az xəbər verir ki, Neymar azarkeşlərin davranışından məyus olub.

Oyundan sonra 30 yaşlı futbolçu oğlunu və digər ailə üzvlərini ziyarət etmək üçün İspaniyaya – Barselonaya gedib.

PSJ ötən həftə Çempionlar Liqasının 1/8 final matçında “Real”a uduzaraq, mübarizəni dayandırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti