
"Nitsa"nın vingeri Castin Klyuvert karyerasını bu klubda davam etdirəcək.
Sportinfo.az xəbər verir ki, müqavilə ilə "Roma"ya məxsus olan futbolçu üçün "Nitsa" 14 milyon avro ödəyəcək.
Fransa klubunun rəhbərliyi 22 yaşlı futbolçunun performansından razı qaldığına görə bu məbləği ödəməyə razı olub. Artıq tərəflər razılıq əldə edib.
Bu mövsüm Klyuvert 20 matçda 5 qol vurub 4 assist edib.
Castin Klyuvert Niderland millisinin sabiq üzvü Patrik Klyuvertin oğludu.