PSJ hücumçu Kilian Mbappe üçün yeni müqavilənin məbləğini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, futbolçunun maaşı ildə 100 milyon avro olacaq.
Bu, futbol tarixində ən yüksək ödənişli fərdi müqaviləsi hesab olunur.
Fevralın 24-də Mbappe PSJ-nin yeni iki illik müqavilə təklifini rədd etmişdi. Klub futbolçuya ilik 90 milyon avrodan çox maaşla müqavilə təklif edib. Fransız futbolçu “Real Madrid”ə keçmək niyyətində olduğunu bildirib.
Bu mövsüm Mbappe bütün turnirlərdə 34 matçda 24 qol vurub və 17 məhsuldar ötürmə edib.

