"Qarabağ"a qol vuran ulduz: "Milliyə qayıtmaq üçün onun butslarını təmizləyərəm"

8 Mart 2022 02:10 Fransa 1 362
"Qarabağ"a qol vuran ulduz: "Milliyə qayıtmaq üçün onun butslarını təmizləyərəm"

"Fransa millisinə qayıtmaq üçün Kərim Benzemanın butslarını təmizləyə bilərəm".

Sportinfo.az xəbər verir ki, bunu "Marsel"in ulduzu Dimitri Payet "L Equipe" nəşrinə açıqlamasında deyib.

35 yaşlı fransalı yarımmüdafiəçi yenidən yığmada oynamaq istədiyini bildirib: "Hücum xəttində rəqabət çox yüksəkdir.

Seçimi baş məşqçi edir. Amma ora düşmək üçün hər şeyi etməyə hazıram".

Dimitri Payet Fransa millisində 38 oyuna 8 qol vurub. Təcrübəli oyunçu ötən ay "Marsel"in heyətində "Qarabağ"a qarşı keçirdikləri UEFA Konfrans Liqasının pley off mərhələsinin hər iki matçında (3:1, 3:0) meydana çıxıb.

O, Marseldəki ilk qarşılaşmada Ağdam təmsilçisinin qapısına yol tapıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti