"Qarabağ"a qol vurdu, qiyməti 11 milyon avro oldu

4 Mart 2022 02:20 Fransa 4 787
"Qarabağ"a qol vurdu, qiyməti 11 milyon avro oldu

"Arsenal"ın futbolçusu Matteo Genduzi Fransada qalacaq.

Sportinfo.az xəbər verir ki, “Marsel” rəhbərliyi yarımmüdafiəçi üçün “Arsenal”la danışıqlara başlayıb.

Fransızlar 22 yaşlı futbolçu üçün London klubuna 11 milyon avro təklif edib. "Topçular" da bu qiymətə onu satmağa hazır olduğunu bildirib.

Yayda transferin rəsmiləşəcəyi ehtimal edilir.

Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Marsel” (0:3) matçında Genduzi komandasının ikinci qolunu vurmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM