Şans var - Başqa klubla müqavilə bağlayana qədər

3 Mart 2022 18:40 Fransa 724
Şans var - Başqa klubla müqavilə bağlayana qədər

PSJ-in idman direktoru Leonardo Kilian Mbappe ilə müqavilənin uzadılmasının mümkünlüyü haqda danışıb.

Sportnfo.az xəbər verir ki, Leonardo hücumçu ilə yeni müqavilə bağlamaq şanslarının hələ də qaldığını bildirib:

“Mbappe ilə müqaviləni yeniləmək ehtimalımız nə qədərdir? Dəqiq deyə bilmərəm, amma şans var.

O, başqa klubla müqavilə imzalayana qədər çalışacağıq. Kilianı komandada saxlamaq üçün əlimizdən gələni edəcəyik”.

İddialara görə, PSJ ilə müqaviləsi bu mövsümün sonunda başa çatacaq 23 yaşlı Mbappe yayda azad agent kimi "Real"a keçəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti