PSJ Kilian Mbappeyə yeni müqavilə təklif edib.
Sportinfo.az xəbər verir ki, Paris klubu 23 yaşlı hücumçuya 2024-cü ilə qədər müqavilə təklif edir.
Şərtlərə görə, Mbappe hər mövsüm üçün 50 milyon avro maaş alacaq. Futbolçu, həmçinin PSJ-də qalmağa qərar verərsə, 100 milyon avro bonus alacaq.
Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. Hücumçunun müqaviləsi 2022-ci ilin yayında başa çatır. Mbappenin yayda azad agent kimi “Real”a keçəcəyi bildirilir.

