Bakıda “Qarabağ”a qol vurdu, “Marsel” transfer etdi

3 Mart 2022 00:40 Fransa 1 860
Bakıda “Qarabağ”a qol vurdu, “Marsel” transfer etdi

“Marsel” yarımmüdafiəçi Matteo Qenduzini birdəfəlik transfer edib.

Sportinfo.az xəbər verir ki, Fransa klubu müqavilə ilə “Arsenal”a məxsus olan 22 yaşlı futbolçunun keçidini yoluna qoyub.

Hazırda “Marsel”də icarə əsasında çıxış edən Qenduzi tezliklə 3 illik müqavilə imzalayacaq. Bu transfer “Arsenal”a 9 milyon funt sterlinq qazandıracaq.

Liqa1 təmsilçisinin prezidenti Pablo Lonqoriya da açıqlamasında sözləşmədəki bənddən yararlandıqlarını söyləyib.

Matteo Qenduzi Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la Bakıdakı cavab oyununda komandasının 3:0 hesablı qələbəsinə 1 qolla töhvə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti