Messi narazıdır - Mətbuatın ona qarşı tənqidləri “həzm etmir”

2 Mart 2022 10:00 Fransa 890
Messi narazıdır - Mətbuatın ona qarşı tənqidləri “həzm etmir”

PSJ-in hücumçusu Lionel Messi Fransa mətbuatında çox tənqid olunur.

Sportinfo.az xəbər verir ki, mətbuatın tənqidi Leonu əsəbiləşdirir.

O, bu tənqidlərin əsaslı olmadığını iddia edir. “Le Parisien”in iddiasına görə, Messi Fransa mətbuatının ona qarşı tənqidlərini “həzm etmir”.

O, PSJ-nin paltardəyişmə otağında dəfələrlə bu mövzunu gündəmə gətirib, klub rəhbərliyi ilə də bu müzakirə edib.

Messi PSJ-yə 2021-ci ilin yayında keçmişdi. 34 yaşlı hücumçu bu mövsüm çempionatda 15 oyuna çıxıb, 2 qol vurub və 11 məhsuldar ötürmə edib.

Onun Fransa klubu ilə müqaviləsi 2023-cü ildə başa çatır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti