"O, "Qarabağ"a problem yaratdı" - Fransız məşqçi dedi

26 Fevral 2022 12:40 Fransa 1 569
"O, "Qarabağ"a problem yaratdı" - Fransız məşqçi dedi

"Sampaoli rəqiblərinə problem yaratmağı yaxşı bilir və biz bunu "Qarabağ"la oyunda bir daha gördük".

Sportinfo.az xəbər verir ki, bunu "Trua"nın baş məşqçisi Brüno İrles "Marsel"ə qarşı keçirəcəkləri çempionat oyunundan öncə deyib.

47 yaşlı fransalı mütəxəssis rəqibin baş məşqçisi Xorxe Sampaolinin taktiki gedişlərini şahmat oyununa bənzədib:

"Onun komandası hücum və müdafiə fazası arasında çevikliyə malikdir. "Marsel"in Sampaolinin rəhbərliyi altındakı son oyunu izlədim.

Açığı, onun manevrlərini anlamaq elə də asan deyil. Bu, şahmat oyununa oxşayır".

"Marsel" UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab matçında Bakıda "Qarabağ"a 3:0 hesabı ilə qalib gələrək 1/8 finalda İsveçrə "Bazel"inə rəqib olub. Fransa təmsilçisi ilk oyunda da qələbə qazanmışdı - 3:1.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti