Fransa yığmasının sabiq yarımmüdafiəçisi Emmanuel Petit Lionel Messi haqda danışıb.
Sportinfo.az xəbər verir ki, Petit Messinin dövranının arxada qaldığını bildirib.
O, argentinalını Mbappe ilə müqayisə edib:
“Messiyə meydançada baxanda, həqiqətən kədərlənirəm. Hamımız istəyirik ki, o, əlimizdən tutsun və “Barselona”da yazdığı tarixi necə reallaşdırdığı haqda danışsın.
Messi ilə Mbappeni müqayisə etmək istəmirəm. Amma son bir neçə ayda görünür ki, bir kral ölür, digəri isə yüksəlir”.

