"Qarabağ"la oyun hər kəsin ağlındadır" - "Marsel"dən paylaşım

24 Fevral 2022 09:00 Fransa 1 984
"Qarabağ"la oyun hər kəsin ağlındadır" - "Marsel"dən paylaşım

"Marsel" Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində qarşılaşacağı “Qarabağ”la cavab oyunundan əvvəl son məşqinə çıxıb.

Sportinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Tvitter” hesabında Bubakar Kamara və Leonardo Balerdinin məşqdən fotosunu paylaşıb.

Paylaşımda “Qarabağ” - “Marsel” oyunu hər kəsin ağlındadır” yazılıb.

Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda “Qarabağ” 1:3 hesabı ilə uduzub. “Marsel” Bakıya bu gün yola düşəcək.

Digər Xəbərlər
Xəbər Lenti