"Marsel" "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl Bakıda son məşqinə çıxıb.
Sportinfo.az xəbər verir ki, matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub.
İlk olaraq futbolçular isinmə hərəkətlərini icra ediblər. Daha sonra topla çalışmalar yerinə yetirilib. Braziliyalı yarımmüdafiəçi Jerson fərdi şəkildə məşq edib.
Fevralın 24-də keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.

