"Həmişə eyni şeyi edib uduzsaq, sizinlə razılaşaram"

23 Fevral 2022 18:30 Fransa 1 153
"Həmişə eyni şeyi edib uduzsaq, sizinlə razılaşaram"

“Bir ilə yaxındır buradayam. Həmişə eyni oyun üslubuna üstünlük vermişəm".

Sportinfo.az xəbər verir ki, bunu “Marsel”in baş məşqçisi Xorxe Sampaoli Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ”a qarşı keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransında deyib.

Argentinalı mütəxəssis sabahkı matç öncəsi taktiki düşüncələrini bölüşüb:

- İndiyə qədər rəhbərlik etdiyim bütün komandalar müəyyən etdiyim bir fəlsəfədə çıxış edib. Heç vaxt taktiki düşüncəmi dəyişməmişəm. Bundan sonra da belə olacaq. "Velodrom"da bununla bağlı çox fikirlər səslənir. Amma məni maraqlandıran komandamın inkişafıdır. Çempionatın son matçında da 2 qol buraxmağımıza baxmayaraq, oyun heç də bunu göstərmirdi. Bəlkə də, ən yaxşı oyunlarımızdan birini sərgilədik.

- "Klermon"la oyunda bəzi futbolçular yorğun görünürdü. Bu, oyunçuların fiziki cəhətdən hazırlıqsız olmasından xəbər verir?
- Yorğunluğu başa düşürəm. Buna baxmayaraq, sabah ən yaxşı futbolçulara güvənəcəyəm. Aydın məsələdir ki, çətin görüş olacaq. Ancaq mərhələni adlamağa çalışacağıq.

- Həmkarınız Qurban Qurbanov sabah hücum futboluna üstünlük verəcəyini dedi. "Marsel" müdafiəyə oturmağa hazırdır, yoxsa başqa planlarınız var?
- "Qarabağ" hücum futbolu oynayan komandadır və millini təmsil edən oyunçuları var. Amma sabah görəcəyik. Onların qarşısını almaq, müqavimət göstərmək üçün hər hansı tədbirlər görməyə çalışacağıq.

- Son oyunlarda hansı taktika ilə çıxış etdiyinizi başa düşmədik. Bundan sonra hansı üslubdan yararlanacağınızı bilmək istərdik...
- Ümumiyyətlə, komanda uduzanda və ya qələbə qazananda hərə bunu özünəməxsus formada görür. Oyunu düzgün təhlil etsəniz görərsiniz ki, taktiki dəyişikliklərə çox üstünlük verilmir. Həmişə eyni şeyi edib uduzsaq, sizinlə razılaşaram.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti