“Marsel” Bakıya bir ordu azarkeş gətirdi – ANŞLAQ OLACAQ

23 Fevral 2022 18:00 Fransa 1 322
“Marsel” Bakıya bir ordu azarkeş gətirdi – ANŞLAQ OLACAQ

Fevralın 24-ü Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”ın qonağı olacaq “Marsel” artıq Bakıdadır.

Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşü çərçivəsində keçiriləcək oyuna Azərbaycanda olduğu kimi, Fransada da böyük maraq var.

Bunu görmək üçün adıçəkilən ölkədən Azərbaycana səfər edən qonaqların sayına diqqət yetirmək kifayətdir.

“Qarabağ” – “Marsel” oyununu işıqlandırmaq üçün 13 əcnəbi jurnalist akkreditasiyadan keçib. Həmkarlarımızın arasında televiziya işçiləri ilə yanaşı, sayt və radio əməkdaşları, eləcə də fotoqraflar var.

Lakin say bununla bitmir. Qalan 180 nəfər isə “Marsel”in azarkeşləridir. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, 200-ə yaxın Fransadan Azərbaycana səfər etməyi məqsədəuyğun sayıb.

Bununla bağlı meydan sahibi “Qarabağ”a müraciət edilib ki, ağdamlılar 29-cu sektoru fransız fanatların ixtiyarına verib.

Sabahkı matçda anşlaq yaşanacağı sirr deyil.

Fevralın 17-də “Velodrom”da baş tutan ilk oyunda “Marsel” 3:1 hesabı ilə qələbə qazanmışdı. Cümə axşamı Respublika stadionunda keçiriləcək görüşün start fiti saat 21:45-də çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti