"Marsel"in baş məşqçisi: "Qarabağ"la oyunda hər təfərrüat nəzərə alınacaq"

23 Fevral 2022 16:40 Fransa 1 468
"Marsel"in baş məşqçisi: "Qarabağ"la oyunda hər təfərrüat nəzərə alınacaq"

"Bu oyun hər kəs üçün fərqli təcrübə olacaq".

Sportinfo.az xəbər verir ki, "Marsel"in baş məşqçisi Xorxe Sampaoli Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl deyib.

62 yaşlı mütəxəssis oyunlar arasında vaxt azlığının ən böyük çətinlik olduğunu bildirib: "Bu görüşə hazır olmalıyıq. Vaxt azlığı səbəbindən hər təfərrüat nəzərə alınacaq".

Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti