Böyük Britaniyada proqnoz həvəskarı 140 min avrodan çox pul qazanıb.
Sportinfo.az xəbər verir ki, həmin şəxs bunu cəmi 4 oyunun nəticəsini düzgün tapmaqla əldə edib.
O, avrokubokların pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçirilən matçlardan 4-nə dəqiq hesab yazıb və cəmi 1 funt sterlinq pul qoyuluşu edib.
Azarkeşi sevindirən oyunlardan biri də “Marsel” – “Qarabağ” görüşü olub. O, Konfrans Liqası çərçivəsində “Velodrom”dakı matçda 3:1 hesabını öncədən proqnozlaşdırıb.
Bununla yanaşı, “Atalanta” – “Olimpiakos” (2:1), “Leypsiq” – “Real Sosyedad” (2:2) və “Seltik” – “Bodo-Qlimt” (1:3) oyunlarının da hesabını tapan azarkeş bukmeker kontorundan 143 min avro, yəni təxminən 274 min manat qazanıb.

