Polis "Marsel"in ulduzlarını Bakıda nazarətə götürdü - VİDEO

23 Fevral 2022 00:30 Fransa 1 274
Polis "Marsel"in ulduzlarını Bakıda nazarətə götürdü - VİDEO

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ"ın qonağı olacaq "Marsel" Bakıya gəlib.

Sportinfo.az xəbər verir ki, Marsel təmsilçisini gətirən təyyarə bir neçə dəqiqə öncə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Komandanın baş məşqçisi Xorxe Sampaoli Azərbaycan paytaxtına 22 futbolçu gətirib.

Resim

Qonaqlar heç bir açıqlama vermədən onlar üçün ayrılmış avtobusa minərək yol polisinin müşayiəti ilə qalacaqları otelə yollanıblar. "Marsel"i Bakıdakı qarşılaşmada Fransadan gələcək 200-ə yaxın azarkeş dəstəkləyəcək.

Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Marsel" görüşü saat 21:45-də başlayacaq. İlk oyunda Fransa klubu 3:1 hesablı qələbə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti