Erməni qapıçı Bakıda “Qarabağ”ın qarşısına çıxmayacaq

22 Fevral 2022 22:40 Fransa 1 426
Erməni qapıçı Bakıda “Qarabağ”ın qarşısına çıxmayacaq

"Marsel" erməni əsilli qapıçısı Manuel Nazaretyanı "Qarabağ"la keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşü üçün Bakıya gətirməyəcək.

Sportinfo.az xəbər verir ki, B siyahısından üçüncü qolkiper qismində kamerunlu Simon Nqapanduetnbu səfər çıxan heyətə daxil edilib.

Komandanın A siyahısındakı əsas qapıçıları isə Pau Lopes və Stiv Mandanda olub. Baş məşqçi Xorxe Sampaoli Nazaretyanla yanaşı, yerli qapıçı Fabio Vannini də Marseldə saxlayıb.

"Marsel"in yetirməsi olan Nazaretyan 2019-cu ildən gənclər komandasında çıxış edir.

O, 21 yaşadək futbolçulardan ibarət Ermənistan millisinin də üzvüdür. Qolkiper həm Ermənistan, həm də Fransa vətəndaşıdır.

Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti