“Qarabağ” Bakıda “Marsel”i məğlub olsa… QARŞIDURMA

22 Fevral 2022 12:40 Fransa 2 809
“Qarabağ” Bakıda “Marsel”i məğlub olsa… QARŞIDURMA

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Marsel”də gərginlik qalmaqdadır.

Sportinfo.az-ın Fransa mətbuatına istinadən məlumatına görə, xüsusən də, baş məşqçi Xorxe Sampaoli ilə hücumçu Arkadiuş Milik arasındakı soyuqluq komandanın digər üzvlərinə də sirayət edir.

Liqa1-in son matçının ardından yarımmüdafiəçi Matteo Qenduzi və hücumçu Dimitri Payenin bir-birinə qarşı səsləndirdiyi fikirlər rəhbərliyi də narahat edir.

Ancaq klub prezidenti Pablo Lonqoriya yaşananlara görə baş məşqçini qınamır. O, argentinalı mütəxəssisi istənilən halda postunda saxlayacağını açıqlayıb.

“Marsel”in avrokuboklarda yoluna davam etməsi və daxili çempionatda 2-ci pillədə qərarlaşması Lonqoriyanı qane edir. Komanda hətta Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a məğlub olsa belə, Lonqoriya fikrini dəyişməyəcək.

O, seçim etmək məcburiyyətində qalsa, mövsümün sonunda Miliki transferə çıxaracaq. Sampaolinin “Marsel”lə müqavilə müddəti gələn ilin yayına qədərdir.

“Marsel”lə “Qarabağ” arasında cavab oyunu fevralın 24-də Bakıda keçiriləcək. Marseldəki ilk görüşdə ev sahibləri 3:1 hesablı qələbə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti