Bütün gücünü "Qarabağ"a saxlayan "Marsel" Bakıya məğlubiyyətlə gəlir - VİDEO

21 Fevral 2022 02:00 Fransa 1 593
Bütün gücünü "Qarabağ"a saxlayan "Marsel" Bakıya məğlubiyyətlə gəlir - VİDEO

Fransa Liqa 1-də XXV turun son oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Velodrom" stadionunda "Marsel" və "Klermon" üz-üzə gəlib.

Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 13-cü dəqiqədə Məhəmməd Bayo açıb. 84-cü dəqiqədə isə Cim Allevina son nöqtəni qoyub.

Bu nəticədən sonra "Marsel" 46 xalla 2-ci, "Klermon" isə 27 xalla 15-ci pillədə yer alıb.

"Marsel" növbəti oyununu fevralın 24-də Bakıda "Qarabağ"a qarşı keçirəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşü saat 21:45-də başlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti