“Çox qəzəbliyik”

20 Fevral 2022 15:20 Fransa 856
“Çox qəzəbliyik”

PSJ-nin baş məşqçisi Maurisio Poçettino Fransa Liqa 1-in son turunda “Nant”a məğlubiyyəti (1:3) şərh edib.

Sportinfo.az xəbər verir ki, argentinalı mütəxəssis klubun saytına açıqlamasında çox qəzəbli olduqlarını bildirib:

“Çox qəzəbliyik və təbii ki, nəticədən çox məyus olduq. Yaxşı oynadıq, müsbət məqamlar oldu. Amma rəqib qapımız qarşısında effektli oynadığı üçün məğlub olduq.

Mənim üçün çoxlu müsbət məqamlar var, ancaq “Nant”a uduzanda onları görmək çətin olur. Bizim vəzifəmiz bu gün qarşılaşdığımız problemləri həll etməkdir”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM