COP29

"Böyük kluba gedirəm, hələ bunu tam dərk etməmişəm"

17 İyun 2023 00:20 Fransa 732
"Böyük kluba gedirəm, hələ bunu tam dərk etməmişəm"

Yarımmüdafiəçi Manuel Uqarte “Sportinq”dən PSJ-yə keçəcəyini təsdiqləyib.

Sportinfo.az xəbər verir ki, o, çox xoşbəxt olduğunu bildirib:

“İndi bir az dincəlməli, sonra PSJ-də hər şeyə yenidən başlamalıyam. Böyük kluba gedirəm, hələ bunu tam dərk etməmişəm.

Lionel Messinin PSJ-ni tərk etdiyi dəqiqdir. Onunla oynamaq əla olardı. Amma bu, futboldur. Hər şeyə rəğmən, çox xoşbəxtəm”.

Öncədən uruqvaylının keçidi üçün bütün sənədlərin imzalandığı, onun tibbi müayinədən keçdiyi bildirilirdi.

Uqarte 2021-ci ilin yayından “Sportinq”də forma geyinir. Onun klubla müqaviləsi 30 iyun 2026-cı ilə qədər nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti