"PSJ-nin bütün futbolçuları Messini axtarırdılar"

18 Fevral 2022 10:00 Fransa 1 105
"PSJ-nin bütün futbolçuları Messini axtarırdılar"

Fransalı keçmiş hücumçu Nikola Anelka Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ – “Real” matçında (1:0) parislilərin hücumçusu Lionel Messinin çıxışını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, Anelka Messinin PSJ-nin oyununun sürətini aşağı saldığını deyib:

“PSJ-nin bütün futbolçuları Messini axtarırdılar və bu, komandanın oyununu ləngidirdi. Messi meydanda “9 nömrə” olmalıdır, amma “10 nömrə” kimi oynadı.

Komanda yoldaşları Messiylə oynamaq və onun ön plana çıxmasına kömək etmək istəyirlər. Amma bu, nə qədər vaxt aparacaq?”

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti