“Marsel”in futbolçusu: “Qarabağ”la oyunöncəsi rahat nəfəs ala bilərik”

17 Fevral 2022 20:50 Fransa 894
“Marsel”in futbolçusu: “Qarabağ”la oyunöncəsi rahat nəfəs ala bilərik”

“Seneqalda çempionluğu qeyd etməyə çox vaxtımız olmadı. Çünki “Mets”ə qarşı vacib matça yetişməli idim”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Marsel”in yarımmüdafiəçisi Pape Qeye deyib.

Seneqal yığmasının heyətində Afrika Millətlər Kubokunu qazanan 24 yaşlı orta sahə oyunçusu Fransaya qayıtdıqdan sonra Liqa1-də “Mets” üzərində qələbə (2:1) qazanmaqla rahat nəfəs aldıqlarını söyləyib.

Ancaq o, bu uğuru davam etdirməyin vacibliyini də vurğulayıb: “Seneqal millisi ilə titul qazandığımız üçün çox xoşbəxtik. Amma bu uğur artıq geridə qalıb.

Fransa çempionatında “Mets”ə qalib gəldik. “Qarabağ”la oyunöncəsi yenidən rahat nəfəs ala bilərik. Yaxşı heyətə malik komandayıq. Komandadakı digər seneqallı Bamba Dienq və mən gənc oyunçularıq. Ancaq uğurlu çıxış üçün qarşıdakı görüşlərə köklənməli olduğumuzu bilirik”.

“Qarabağ”la “Marsel” pley-off mərhələsinin ilk oyunu çərçivəsində Fransada üz-üzə gələcək. “Velodrom”dakı qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti