"Marsel" "Qarabağ"la oyunda 17 yaşlı hücumçuya şans verəcək? - FOTO

17 Fevral 2022 16:20 Fransa 1 490
"Marsel" "Qarabağ"la oyunda 17 yaşlı hücumçuya şans verəcək? - FOTO

"Marsel" bu gün "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu üçün iştirak ərizəsini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Xorxe Sampaoli siyahıya 22 oyunçunun adını daxil edib.

62 yaşlı mütəxəssis B siyahısından 17 yaşlı hücumçu Aylan Benyahya-Tani və 19 yaşlı yarımmüdafiəçi Uqo Bertellini görüşün iştirak ərizəsinə daxil edib.

Əvəzində cəzalı durumda olan Valenten Ronjye heyətdən çıxarılıb.

"Velodrom" stadionunda oynanılacaq "Marsel" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasındakı cavab matçı bir həftə sonra Bakıda olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti